Delta ştamına yoluxanlarda bu əlamət olur – Həkim


19:30     16 İyul 2021 2021/07/koronavirus-(3)_1626446857.jpg

Delta ştamına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir.

Femida.az xəbər verir ki, Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, Delta ştamına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

“Əgər 100 min adam koronaya yoluxubsa, onların hamısında Delta ştamı olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur.

Çünki bu ştam ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində Delta ştamıdır. Bu ştama qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır.

Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də özünü çox göstərir və xəstəliyin özünü büruzə vermək müddəti 2 dəfə qısalıb.

Əgər adi koronaya yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştam 3-5 gün ərzində özünü göstərir və 7 dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sualdır”.





Açar sözlər:

Oxunub: 635