Şirvanda 27 yaşlı gənc intihara cəhd edib


20:12     16 İyul 2021 xestexana_01888.jpg

Şirvan şəhər sakini intihara cəhd edib.

“Report”un Aran bürosunun məlumatına görə, Şirvan şəhər L.İbrahimov küçəsi 20/6 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Rəhimov Nicat Mirağa oğlu canına qəsd etmək məqsədilə psixotrop dərmanları udub.

O, zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerəşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 976