Goranboyda avtomobilin vurduğu piyada ölüb


23:22     16 İyul 2021 21_07_16_1626463448.jpg

Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib, onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 922