Naxçıvana ilk avtobus yola düşüb
10:25 17 İyul 2021
Bakı-Naxçıvan marşrutu üzrə ilk müntəzəm avtobus reysi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşdü.
Dövlət Avtomobil Nəqliyyat Xidmətindən Femida.az-a verilən məlumata görə, məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə əvvəlcədən təyin olunan məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.
Qeyd edək ki, gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir. Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcədə avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş etmək mümkündür.
Reyslər yüksək komfortlu, müasir tipli avtobuslarla həyata keçirilir. Azərbaycan vətəndaşları üçün gömrük keçid məntəqəsində COVID-19 testi pulsuz olaraq götürülür.
Femida.az
Oxunub: 1111
Oxşar xəbərlər
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib
- Naxçıvana yeni nazir təyin edilib
- Naxçıvana çıxış olan "Zəngəzur" dəhlizinin tikintisinə başlandı - Rəsmi AÇIQLAMA
- Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaq
- Naxçıvana təyyarə reyslərinin artırılması məsələsinə baxılır
- Naxçıvana yeni Baş Nazir təyin edildi
- Naxçıvana gətirilən tələbələr təyyarə ilə Bakıya yola salınacaq
- Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi
- Naxçıvana avtobusla gedənlərə şad xəbər
- Naxçıvana əlavə reyslər açılır