Bayramda qaz problemi olmayacaq
12:25 17 İyul 2021
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
Femida.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.
Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da iyul ayının 18-21 tarixlərində xidmətlərini icra edəcəklər. Abunəçilərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək.
Bundan başqa əvvəlcədən ödənişli sayğacların kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi, əvvəlcədən ödəniş olunan sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına və abunəçi koduna köçürülməsi ilə bağlı müraciətlər təmin ediləcək.
20 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 14:00-a qədər iş başında olacaqlar. Müştəri xidmətləri yalnız iyulun 18-də Departamentin inzibati binasında göstərilməyəcək.
"Abunəçilərdən xahiş edirik ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən bizə yazmaqla məlumat versinlər", - deyə qurum bəyan edib.
Oxunub: 611
Oxşar xəbərlər
- Bayramda restoranlara nəzarət gücləndiriləcək
- Bayramda rayona getmək istəyənlərin diqqətinə - VİDEO
- Bayramda rayonlara getmək istəyənlərə xəbərdarlıq
- Bayramda bədbəxt hadisə və kütləvi zəhərlənmə olmayıb
- Bayramda 851 kq yararsız ətin satışının qarşısı alınıb
- Bayramda 73 min sərnişin daşınıb
- Bayramda qaz kartınız bloka düşsə, bu ünvanlara yaxınlaşın
- Bayramda rayona gedənlər üçün neoplanlar ayrıldı
- Bayramda borclu abunəçilərin telefonu və interneti kəsilməyəcək
- Bayramda avtobusla rayona gedənlərin nəzərinə!