Ötən il həbs edilən narkotacirlərin 83-ü qadınlar olub


14:18     17 İyul 2021 21_07_17_1626517757.jpg


Ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Femida.az xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda əksini tapıb.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin 5 nəfəri 16-18, 321 nəfəri 18-25, 738 nəfəri 26-29, 3169 nəfəri isə 30 yaşdan yuxarı şəxslərdir.

Həmin şəxslərdən 4150-si kişi, 83-ü qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin 3000-i oxumayan və işləməyən şəxslər olub.

Femida.az

Açar sözlər:

Oxunub: 927