Ötən il 4 tondan çox narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb


14:29     17 İyul 2021 2015-04-29-15-07-19narkotik.jpg

2020-ci ildə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 5221 fakt aşkar edilib.


Femida.az xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda qeyd olunub.

Aşkarlanmış faktlar üzrə ümumilikdə 4 ton 41 kq-dan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 992