Oxçuçaydakı fəlakət ABŞ mediasında


14:31     17 İyul 2021 21_07_17_1626517925.jpg


ABŞ-ın Texas ştatının https://texas.statenews.net xəbər portalında Oxçuçayın çirkləndirilməsindən bəhs edən “Greenpeace” və “CRONIMET” ekoloji fəlakətin yaşandığı çaya göz yumur" sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a bildiriblər ki, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (ACCA) İdarə Heyətinin üzvü, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun qələmə aldığı məqalədə soydaşlarımızın Ermənistandakı Zəngəzur mis-molibden kombinatının fəaliyyətinin dayandırılması çağırışı ilə “Greenpeace”in top meneceri Ənni Leonard və “Cronimet Holdinq”in baş direktoru Yürgen Pilarskiyə müraciət etdikləri qeyd olunub.

Diqqətə çatdırılıb ki, Ermənistanın əsas sənaye müəssisələrindən və ən böyük vergiödəyicisindən biri olan Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin böyük hissəsi Almaniyanın "Cronimet Holdinq" şirkətinə məxsusdur. Alman şirkəti keyfiyyət, səmərəlilik, təhlükəsizlik və bütün digər tələblərə riayət etdiyini bildirsə də, Azərbaycan ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı çirkləndirməyə davam edir və bununla ekoloji terror törədir.

Erməni ekspertlərinin də Oxçuçaydakı ekoloji cinayəti etiraf etdiklərini və bunu misli görünməmiş fəlakət kimi qiymətləndirdiklərini xatırladan müəllif vurğulayıb ki, sularda yüksək miqdarda ağır metalların olması yalnız çay faunasına deyil, həm də insan sağlamlığına böyük təhlükələr yaradır. Bu çirkli suyun məişətdə və ya kənd təsərrüfatında istifadəsi mədə-bağırsaq traktının pozulmasına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə gətirib çıxarır.

Sonda müəllif ABŞ-ın kütləvi informasiya vasitələrini bu problemi geniş şəkildə işıqlandırmağa, “Greenpeace” beynəlxalq təşkilatını ekoloji cinayətə göz yummamağa və bununla bağlı müvafiq tədbirlər görməyə çağırıb.

Açar sözlər:

Oxunub: 144


Oxşar xəbərlər