Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb, 10-dan çox yaralı var


16:45     17 İyul 2021 21_07_17_1626527591.jpg

Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.


“Report”un məlumatına görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb.

Onlardan bir neçəsinin xəsarəti ciddidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1039