Ərdoğan: "Terror təşkilatlarından kömək umanların aqibəti məlumdur"


20:12     17 İyul 2021 21_07_17_1626536729.jpg

"Bu gün hələ də terror təşkilatlarından yardım gözləyənlər varsa, onların aqibətinin məlum olduğunu demək istəyirəm".

Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurum şəhərində yeni xəstəxananın açılış mərasimində çıxışı zamanı deyib.

"Türkiyə özünün və regionun əsrlərdən bəri gələn problemlərini həll etməkdədir. Bizi bu yoldan heç bir terror qruplaşması, yaxud onların havadarları çəkindirə bilməz", - o bildirib.

Açar sözlər:

Oxunub: 867