Rusiyada qatarların toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb
09:30 18 İyul 2021
Rusiyanın Amur bölgəsində iki qatarın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb, onlardan 2-nin yeri hələlik müəyyən edilməyib.
Femida.az xəbər verir ki, bu barədə Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, xəsarət alanlar həkim nəzarəti altındadırlar: “İlkin məlumata görə, qatarın toqquşması nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Hazırda yaralılar “Verxni Ulak” stansiyasında həkim nəzarəti altındadır. Daha iki kişinin yeri məlum deyil. Xilasedicilər ərazidə axtarış işlərini davam etdirir”.
Xatırladaq ki, hadisə ötən gün “Verxni Ulak” stansiyasından 51 km məsafədə baş verib. Daha əvvəl iki ölü və iki yaralı haqqında məlumat verilmişdi. İlkin versiyaya görə, hadisəyə səbəb maşinistlərdən birinin ürəktutması olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Oxunub: 918
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb