Göygöl sakini Gəncə bazarında qudası tərəfindən bıçaqlanıb


09:39     18 İyul 2021 bicaq.jpg

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin "Dubay bazarı" da qeydə alınlb.

Göygöl rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elxan Heydər oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 56 yaşlı kişini qudası bıçaqlayıb. Səbəb kimi qızını 2 il əvvəl boşadıqları göstərilir. Belə ki, E.Abdullayevin oğlu 2-ci dəfə ailə həyatı qurub. Bunu qəbul edə bilməyən qız atası bıçağa əl atıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 860