Gəncədə ağır qəza baş verib


09:47     18 İyul 2021 qeza.jpg

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı 3 avtomobil toqquşub. Qəza zamanı 1954-cü il təvəllüdlü Əli Həsənov və 1958-ci il təvəllüdlü Rübabə Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 359