Gəncədə 56 yaşlı kişi keçmiş qohumu tərəfindən bıçaqlanıb


10:15     18 İyul 2021 bicaq.jpg

Gəncə şəhərində bazar ərazisində keçmiş qohumlar arasında mübahisə yaşanıb, onlardan biri digərinə bıçaqla xəsarət yetirib.

Femida.az -ın məlumatına görə, Göygöl rayon sakini, 56 yaşlı Elxan Abdullayev Gəncə şəhərində bazar ərazisində keçmiş qudası ilə aralarında yaşanan mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, tərəflər arasında öncələr də mübahisə yaşandığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 968