Şarl Mişel Şəhidlər Xiyabanında: "Sabit və firavan Cənubi Qafqaz Aİ-nin marağındadır"


10:41     18 İyul 2021 21_07_18_1626586936.jpg

Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib.

Femida.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti özünün tvitter hesabında məlumat verib.

Şarl Mişel abidə kompleksi önünə əkil qoyub.

"Bakıda Şəhidlər Xiyabanında Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.

Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz bölgəsi Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz hissəsidir. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir"- Şarl Mişel, qeyd edib.

Açar sözlər:

Oxunub: 813