Siyəzəndə 60 yaşlı kişini avtomobil vuraraq belini sındırdı


09:11     19 İyul 2021 qeza.jpg

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Mikayılov Mürsəl Əmirsultan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərisinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 675