Efiopiyada qayığın çevrilməsi nəticəsində 13 nəfər itkin düşüb


09:47     19 İyul 2021 21_07_19_1626664871.jpg

Efiopiyanın Amhara ştatında yerləşən Tana gölündə qayığın çevrilməsi nəticəsində azı 13 nəfər itkin düşmüş hesab olunur.

Femida.az xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı qayıqda 13 nəfər olub. Bundan başqa, onun göyərtəsində böyük yük daşınırmış.

Xilasedicilər hazırda itkin düşmüş şəxslərin axtarışlarını davam etdirir. Hadisənin səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 261


Oxşar xəbərlər