Pakistanda yol qəzası olub, 29 sərnişin ölüb


11:35     19 İyul 2021 2021/07/7f3c457d-a3d9-311d-999b-7bbfca236534_850_1626680213.jpg

qəzası olub, 29 sərnişin ölüb
Pakistanda yol qəzası olub, 29 sərnişin ölüb
Pakistanın Pəncab əyalətində səhər saatlarında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 29 nəfər ölüb, 40-dan artıq yaralı var.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Drağazi Xan dairəsində baş verib.

Polisdən verilən məlumata görə, Sialkot – Rəcənpur sərnişin avtobusu yük maşını ilə toqquşub. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Ölkənin daxili işlər naziri Şeyx Rəşid tvitter hesabında avtobus sərnişinlərinin qurban bayramı tətilindən qayıtdığını bildirərək ölənlərin yaxınlarına başsağlığı verib.

Açar sözlər:

Oxunub: 861