Bağdadda partlayış nəticəsində 30 nəfər öldü


09:28     20 İyul 2021 21_07_20_1626754454.jpg

Bağdadda baş verən terror aktı nəticəsində ən az 30 nəfər ölüb, 60 nəfər yaralanıb.

Femida.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Shafaq News xəbər portalı xəbər verib.

Bildirilir ki, bomba əsasən şiələrin sıx yaşadığı Bağdadın şərq bölgəsi olan Madinat-Sadrın yaxınlığındakı bazarda partladılıb.

Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib. Bundan əlavə, baş nazirin tapşırığı ilə partlayışın baş verdiyi rayonun federal polis qüvvələrinin komandanlarından biri həbs edilib.

Açar sözlər:

Oxunub: 938