Şəmkirdə su kanalında sərxoş vəziyyətdə çimən şəxs batdı


10:21     20 İyul 2021 21_07_20_1626755791.jpg

Şəmkirdə su kanalında bir nəfər batıb.

Femida.az xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlu su kanalında çimən zaman batıb. Dərhal Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hadisə şahidlərinin sözlərinə görə həmin şəxs kanalda çimən zaman anidən batıb.

Hadisə yerinə təcilli tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. İlkin məlumata görə, kanalda batan şəxs çimən zaman sərxoş olub. Faktla bağlı araşdırma aparılır





Açar sözlər:

Oxunub: 171