Çinin mərkəzində zavodda güclü partlayış olub


10:42     20 İyul 2021 21_07_20_1626756202.jpg

Çinin mərkəzində yerləşən Henan əyalətində zavodda güclü partlayış baş verib.

Femida.az xəbər verir ki, bu barədə yerli mətbuat orqanları “Twitter” səhifəsində məlumat yayıb.

Partlayışın yüksək səs və açıq alovlarla müşayiət olunduğu bildirilib. Regional Fövqəladə hallar rəhbərliyi hadisə yerinə gəlib.

Partlayışın baş verdiyi zavodun adı açıqlanmayıb.

Həmçinin ölən və yaralananlar barədə də hələlik məlumat verilməyib.

Açar sözlər:

Oxunub: 486