Bakıda 16 mərtəbəli yaşayış binası yanır
16:25 20 İyul 2021
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Azvision.az - a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.
Oxunub: 1509
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb