Ermənistanın müdafiə naziri istefa verdi


16:46     20 İyul 2021 2021/07/vaqas-1626783042_1626785260.jpg

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan istefa verib.

Femida.az xəbər verir ki, bu barədə "168․am" nəşri yazıb.

Məlmata görə, Arutyunyan artıq nazirlikdə vida görüşü keçirib.

Qeyd edək ki, son zamanlar mətbuatda Arutyunyanın yaxın vaxtlarda istefa verəcəyi barədə məlumatlar yayılıb.

Vaqarşak Arutunyan İkinci Qarabağ Müharibəsində Ermənistanın ağır məğlubiyyətindən sonra, 2020-ci il 20 noyabrda nazir vəzifəsinə təyin olunub. Digər qərarla, David Tonoyan bu postdan uzaqlaşdırılıb. Arutunyan 1999-2000-ci illərdə də bu postu icra etmişdi.

Açar sözlər:

Oxunub: 972