Şabranda iki qardaş motosikletlə qəzaya düşüb


09:22     21 İyul 2021 21_07_21_1626837758.jpg

Şabran rayonunda iki qardaş motosikletlə qəzaya düşüb, hər ikisi xəsarət alıb.

Femida.az -ın verdiyi məlumata görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, Pərviz və Mahir Daşdəmir oğlu Məmmədovlar motosikletlə körpüdən aşaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mahir Məmmədovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb, Pərviz Məmmədovun vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 853