Bakıda qəza zamanı avtomobil obyektə çırpılıb - FOTO


10:10     21 İyul 2021 21_07_21_1626840071.jpg

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Həsən Əliyev keçəsində baş verib.

İşıqforun yaşıl işığında hərəkətdə olan "Opel" markalı avtomobil Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "Lada Kalina" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Opel"in sürücüsü Həmid Həmidov idarəetməni itirib və avtomobil yol kənarındakı ticarət obyektinə çırpılıb. Qəzaya səbəb olan "Lada Kalina" markalı avtomobilin sürücüsü saxlamadan ərazidən uzaqlaşıb. Lakin hadisə yerində ona məxsus avtomobilin ehtiyat hissəsi və qeydiyyat nömrəsi qalıb. "Opel"in sürücüsü isə yüngül xəsarət aldığını və kürək nahiyəsində ağrıların olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.




Açar sözlər:

Oxunub: 396