Xətaidə 80 yaşlı qoca yol qəzasında xəsarət aldı


10:22     21 İyul 2021 21_07_21_1626844984.jpg

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1941-ci il təvəllüdlü Əliyev Binnət İbrahim oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 955