Gürcüstanda azərbaycanlı ailəyə silahlı basqın olub, ölənlər və yaralananlar var


12:12     21 İyul 2021 21_07_21_1626850668.jpg

Gürcüstanın Marneuli yrayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Silahlı insidentin səbəbi hələ məlum deyil.

Qətli törədən şəxsin artıq saxlanıldğı bildirilir.

Açar sözlər:

Oxunub: 802