Hacıqabulda "patı" satan şəxs saxlanılıb


13:55     21 İyul 2021 21_07_21_1626869963.jpg

Hacıqabul rayonunda "patı" satan şəxs saxlanılıb.


DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 979