Ermənistan NATO təlimlərindən imtina etdi


15:55     21 İyul 2021 21_07_21_1626870249.jpg


Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda planlaşdırılan təlimlərinə qatılmayacaqlar.

Azvision.az xəbər verir ki, bu barədə yerli mediaya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, çoxmillətli hərbi təlim olan "Agile Spirit 2021" 26 iyul - 6 avqust tarixlərində keçiriləcək. Bir müddət öncə isə NATO-nun mətbuat xidməti, təlimlərdə Gürcüstan və ABŞ-la yanaşı, 13 NATO ölkəsindən, alyansın tərəfdaş dövlətlərindən, o cümlədən Türkiyə ilə Azərbaycandan olan hərbçilərin iştirak edəcəyinin planlaşdırıldığını söyləmişdi.

Xatırladaq ki, keçmişdə Ermənistan dəfələrlə NATO-nun Gürcüstan ərazisində keçirdiyi hərbi təlimlərdə iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 884