Karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb


17:08     21 İyul 2021 21_07_21_1626872925.jpg

Yevlax Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki iki şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında təşkil olunan toy mərasimlərinin iştirakçılarının “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədikləri aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranların cavabdeh şəxsləri barəsində qanuna müvafiq qaydada tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 457