Azərbaycanda koronavirusa son sutkada yoluxanların sayı açıqlandı


20:11     21 İyul 2021 2020/03/koronavirus_1585572132.jpg



Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bu gün koronavirusdan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib. 2 527 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, bu günə qədər isə ümumilikdə 3 935 913 test icra olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 634