ATƏT DTİHB direktoru Azərbaycanda səfərdədir


22:15     07 Aprel 2015 link.jpg

ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Bürosunun (ATƏT DTİHB) direktoru Maykl Link Azərbaycana gəlib.

Femida.az-ın "report"a istinadən verdiyi məlumata görə, iki günlük səfər çərçivəsində M.Link rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək, həmin görüşlərdə Azərbaycan vəATƏT-in əməkdaşlığı məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bu, M.Linkin ATƏT DTİHB direktoru qismində Azərbaycana ilk səfəridir.

Maykl Link ATƏT DTİHB direktoru vəzifəsinə 2014-cü ilin iyul ayında təyin olunub və bu postda Yanes Lenarçiçi əvəz edib. 

Femida.az 

Açar sözlər:

Oxunub: 584