Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş xarici vətəndaş məhkəmədə son söz deyib


11:22     22 İyul 2021 21_07_22_1626936464.jpg

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə E.Dubakovun son söz deyib.

E. Dubakov özünü təqsirli bilmədiyini və məhkəmənin ədalətinə inandığını deyib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Açar sözlər:

Oxunub: 397