Bərdədə oğurluq edən şəxs saxlanılıb


11:42     22 İyul 2021 21_07_22_1626938390.jpg

Bərdə rayonunda bir qrup rayon sakin Polis Şöbəsinə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev saxlanılıb.

Araşdırmalarla onun 2 ədəd velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurub.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 680