FHN-dən yataqxanadakı yanğınla bağlı açıqlama


13:24     22 İyul 2021 2021/07/89CDEA00-B2F2-49A1-9324-700CBBBED024_1626946092.png

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

FHN-dən Femida.az-a verilən məlumata görə, ilkin məlumata əsasən, beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və digər ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin eyvanının taxta konstruksiyaları 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 794