İsrail səfiri Bakı Limanında olub


16:03     22 İyul 2021 2021/07/3E7E8C50-9994-4032-BD91-7EB594574604_1626955477.jpeg

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Ələt qəsəbəsində yerləşən Bakı Limanında olub. Burada “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovla görüşən qonaqa məlumat verilib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və onun mühüm hissəsi olan Baki Limanı Avropa ilə Asiya arasında vacib qovşaq rolunu oynayır.

Femida.az xəbər verir ki, Bakı Limanının inkşafı barədə məlumat verən baş direktor liman ərazisində 2022-ci ilin sonuna kimi yeni gübrə terminalının istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyib. İllik yükaşırma gücü 2,5 milyon ton olacaq bu terminal sayəsində Orta Asiyadan Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Qeyd edilib ki, regionda ilk dəfə olaraq “Yaşıl Liman” statusunu alan Bakı Limanının illik yükaşırma imkanı 15 milyon ton və TEU ekvivalentində 100 min konteynerdi. Üstəlik, limanın ikinci fazasının inşası nəzərdə tutulur ki, bununla da limanın yükaşırma imkanı illik 25 milyon ton və TEU ekvivalentinda 500 min konteyner olacaq.

Daha sonra səfirin sualları cavablandırılıb və terminallarda görülən işlə əyani tanışlıq olub. Sonda baş direktor İsrail səfirinə Bakı Limanın tarixi və bu günündən bəhs edən kitab hədiyyə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 422