Lənkəranda nişanlı oğlan yol qəzasında öldü


09:20     23 İyul 2021 21_07_23_1627014045.jpg

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.

Belə ki, Bakı sakini, əslən Lənkərandan olan 1988-ci il təvəllüdlü Əliyev Aqil Fəxrəddin oğlunun idarə etdiyi “Mercedes” markalı 90-MP-585 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.

Yol kənarındakı rabitə dirəyini qırıb və qarşıdakı drenaj kollektoruna düşüb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, üç gün sonra mərhumun toy məclisi olacaqdı.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 714