Şabranda motosiklet avtomobillə toqquşdu, yaralı var


09:38     23 İyul 2021 21_07_23_1627014600.jpg

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Gölquşçu kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Mahir Daşdəmir oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Ağır bədən xəsarətləri alan motosikletin sürücüsü təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 724