Ucarda avtoqəza zamanı 4 nəfər xəsarət alıb - FOTO


11:06     23 İyul 2021 21_07_23_1627016899.jpg

Ucarda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Nəticədə Göyçay rayon sakinləri - 1997-ci il təvəllüdlü Rəsul Kamal oğlu Məmmədli, 1994-ci il təvəllüdlü Elgün Şakir oğlu Qasımov, 1960-cı il təvəllüdlü Şahin Əlihüseyn oğlu Qasımov və 1987-ci il təvəllüdlü Fariz Şahin oğlu Qasımov müxtəlif xəsarətlər alıblar. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Açar sözlər:

Oxunub: 937