Bakıda yaşayış binasında yanğın olub, 30 nəfər təxliyə edilib


11:38     23 İyul 2021 21_07_23_1627018757.jpg

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb. Yüksək temperaturdan 1 ədəd qaz sayğacı əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 932