TƏBİB-in psixoloji dətək göstərdiyi şəxslərin sayı açqılandı


11:00     23 İyul 2021 2021/07/TƏBd-1627021771_1627023777.jpg

Psixoloji dəstək xəttinə pandemiya dövründə 1 122 nəfər müraciət edib. Onlardan 459 nəfər korona xəstəsi, 341 nəfər psixo-patologiyaları olanlar idi.

Femida.az
xəbər verir ki, bunu TƏBİB-in psixososial dəstək fəaliyyətləri üzrə uzman həkimi Nərmin Osmanlı deyib. O bildirib ki, insanlar xüsusən sərt karantin dövründə əsəbilik və gərginlik, təşviş, həyəcanla bağlı müraciət edirdilər.

"COVID əlamətlərinin olub-olmaması, ailədaxili münasibətlər sosial problemlərlə bağlı müraciətlər də daxil olurdu. Bu dövrdə koronaviruslu xəstələrlə işləyən 1007 nəfər tibb işçisinə psixoloji yardım edilib. Onların bir çoxu onlayn xidmətdən yararlanıb".

N.Osmanlı qeyd edib ki, İkinci Vətən müharibəsində Gəncə terrorundan zərərçəkən 189 nəfərə, Bərdədə 265 nəfərə, Tovuzda isə 156 nəfərə yardım edilib. Ümumilikdə 143 terror qurbanına yardım edilib. Vətən müharibəsində 3316 yaralıya psixoloji dəstək göstərilib. Eyni zamanda 1385 yaralının psixoloji müayinədən keçməsinə dəstək göstərib".


Femida.az

Açar sözlər: TƏBİB    

Oxunub: 497