Daşkəsəndə yeni məktəb tikiləcək
14:31 23 İyul 2021
Prezident İlham Əliyev "Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamla Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Oxunub: 1127
Oxşar xəbərlər
- Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurluq etmək istəyən dəstə saxlanılıb
- Daşkəsəndə 21 yaşlı oğlan itkin düşüb
- Daşkəsəndə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Daşkəsəndə itkin düşənlər minaya düşüblər - DİN
- Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb
- Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri alıb
- Daşkəsəndə avtomobil aşıb, xəsarət alan var
- Daşkəsəndə yaşlı kişinin meyiti aşkarlanıb
- Daşkəsəndə mal-qara oğruları saxlanılıb
- Daşkəsəndə həmyerlisinə balta ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb