Azərbaycanda koronavirusa yoluxanların sayı 300 nəfəri keçib


18:33     23 İyul 2021 21_07_23_1627051466.jpg


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bu gün koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10448, bu günə qədər isə ümumilikdə 3 954 016 test icra olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 233