Hacıqabul sakini "patı" ilə ələ keçdi


09:48     24 İyul 2021 2021/07/60fba-1627104810_1627105717.jpg

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Femida.az-a verilən məlumata görə, burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 332