Şagirdlərimiz beynəlxalq olimpiadada 4 medal qazandı


10:44     24 İyul 2021 trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə 32-ci Beynəlxalq Biologiya Olimpiadası ( IBO2021) təşkil edilib.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, 76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Azərbaycanı təmsil edən 4 məktəblimiz uğurlu nəticə göstərib. Belə ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mətin Muradlı qızıl, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ranal Qurbanov qızıl, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Sədiyar Qafarov və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Aytac Vəliyeva bürünc medala layiq görülüb.

Qalib olan şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridir.

Məktəblilərimizi bu uğur münasibətilə təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq.

Açar sözlər:

Oxunub: 459


Oxşar xəbərlər