Ermənistan ordusunun zabiti yol qəzasında ölüb


10:55     24 İyul 2021 ermeni_herbci.jpg

Ermənistanda İrəvan-Yerasx avtomobil yolunun 51-ci kilometrliyində, Ararat inzibati rayonu ərazisində avtomobilin ağaca çarpılması nəticəsində 35 yaşlı hərbçi Arsen Mirozyan ölüb.

Femida.az xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.

Məlumata görə, qəza iyulun 24-də baş verib.

Bildirilib ki, sürücü Arsen Mirzoyan Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edir.

Faktla araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 871