Cəlilabadda "patı" satışı ilə məşğul olan şəxslər saxlanılıb


16:30     24 İyul 2021 21_07_24_1627133512.jpg

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla onun həmin psixotrop maddəni Cəlilabad sakini Ə.Zeynalovdan əldə etdiyi müəyyən olunduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən 2 bükümdə metamfetamin aşkanaraq götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1234