Bakıda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib


19:58     24 İyul 2021 21_07_24_1627140414.jpg

Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə ataraq intihar edib.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Açar sözlər:

Oxunub: 1134