Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
13:12 25 İyul 2021
Bakıda və Abşeron yarımadasında iyulun 26-da gözlənilən hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 29-31° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəy, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-16° isti, gündüz 18-23° isti olacaq.
Oxunub: 983
Oxşar xəbərlər
- Bəzi xəstəliklər üzrə əlillik dərəcəsi yeni qaydada təyin olunacaq
- Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər
- Bəzi yerlərdə yollar buz bağlayacaq
- Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb
- Bəzi iqtisadi rayonların adlarında dəyişiklik edilib
- Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA
- Bəzi energetik içki istehsal edən şirkətlər cəzalandırılıb
- Bəzi çimərliklərdə dəniz suyu çirklidir
- Bəzi küçələrdə məhdudiyyət vaxtından əvvəl aradan qaldırılır
- Bəzi ölkələrdən quş əti və yumurta idxalı dayandırıldı