Masallıda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
13:30 25 İyul 2021
Masallıda karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Belə ki, aparılan yoxlamalar zamanı “Gənclik” restoranı və “Boradigah” şadlıq sarayında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.
Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, toy təşkilatçıları isə 400 manat məbləğində cərimə olunublar.
Oxunub: 972
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda yük avtomobili ilə narkotik daşıyan şəxslər saxlanılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- DİN Masallıda əmisi qızını öldürən şəxslə bağlı məlumat yayıb
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib